Rusiyanın İsraildəki səfirliyinə Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra üç gün ərzində onun qaynar xəttinə ruslardan 600-dən çox zəng daxil olub.
Bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya 24” telekanalının efirində bildirib.
“Bu üç gün ərzində “Qaynar xətt”ə 600-dən çox zəng daxil olub. Rusiya vətəndaşlarından 300-ə yaxın elektron məktub daxil olub”, – TASS onun sözlərini sitat gətirir.
Səfirlik həmçinin ruslara vəziyyət normallaşana qədər İsraili tərk etməyi tövsiyə edib.
Bundan əvvəl Rusiyanın İsraildəki səfirliyi İranla vəziyyətin gərginləşməsi fonunda insanların əlaqə saxlaması üçün əlavə qaynar xətt açıb.
DOĞRU.AZ