image-n1karobka_ads
image-123
image-683a0efb02e8bd0e54649d35backend

İsrail Suriyanın Latakiya əyalətinin Cebla şəhəri ərazisindəki hədəfləri vurub

İsrail Müdafiə Qüvvələri Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin Cəblə şəhəri ərazisindəki hədəflərə zərbələr endirib.

Bu barədə TASS “Al Watan” qəzetinə istinadən məlumat yayıb.

Bundan əvvəl ərəb mediası Suriyanın Latakiya və Tartus əyalətlərində partlayış səsləri barədə məlumat yayıb.

Əl-Ərəbiyyə Fələstinin HƏMAS hərəkatı ilə İsrailin 60 günlük atəşkəsə razılaşdığını bildirib. Ölkənin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza zolağında atəşkəslə bağlı yeni planını qəbul etdiyi məlum olub.

Ağ Ev daha sonra İsrailin 60 günlük atəşkəsə razılaşdığını təsdiqləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki