image-n1karobka_ads
image-123
image-1714906397_msg586791117-58266backend

İsrail və HƏMAS arasında danışıqlar nəticəsiz başa çatıb

Qətərdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında aparılan yaxınlaşdırıcı danışıqların ilk iclası nəticə verməyib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. Agentliyin yazdığına görə, İsrail nümayəndə heyəti HƏMAS ilə razılaşma əldə etmək üçün kifayət qədər səlahiyyətə malik deyil.

Xatırladaq ki, iyulun 4-də HƏMAS vasitəçilərə Qəzza ilə bağlı təklifi müsbət dəyərləndirdiyini bildirib.

“Sky News Arabia” isə daha sonra məlumat verib ki, ABŞ tərəfi Qəzza zolağında mümkün atəşkəsin təminatçısı rolunu üzərinə götürəcək.

Danışıqların növbəti mərhələsinin keçirilib-keçirilməyəcəyi barədə hələlik rəsmi açıqlama verilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki