image-n1karobka_ads
image-123
image-684c10eb02e8bd073721be30backend

İsrailin zərbələri nəticəsində azı 20 iranlı komandir öldürülüb

Reuters iki mənbəyə istinadən xəbər verir ki, İsrailin endirdiyi zərbələr nəticəsində azı 20 yüksək rütbəli İran komandiri həlak olub.

“Ən azı 20 yüksək rütbəli İran komandiri… İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldürülüb”, – regional mənbələr bildirib.

Bundan əvvəl İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlaminin həlak olduğu bildirilirdi.

Bundan əlavə, medianın məlumatına görə, ən azı altı iranlı nüvə alimi İsrailin zərbələri nəticəsində həlak olub.

İyunun 13-nə keçən gecə İsrailin müdafiə naziri İsrael Katz İrana “önləyici zərbə” endirdiyini açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki