image-n1karobka_ads
image-123
image-686aa90aae5ac94f3140b67cbackend

İsraillə münaqişədə 6000-dən çox iranlı ölüb və ya yaralanıb

Doğru.az xəbər verir ki, İslam Respublikası ilə İsrail arasında 12 gündür davam edən qarşıdurma nəticəsində İranda 6000-dən çox insan ölüb və ya yaralanıb.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BRİKS sammitində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, “6 mindən çox günahsız insan öldürülüb və ya yaralanıb”.

Nazir əlavə edib ki, İranın infrastrukturu, yaşayış məntəqələri və nüvə obyektləri “əhəmiyyətli ziyana” məruz qalıb.

Qeyd edək ki, Əraqçi bir müddət əvvəl İranın nüvə obyektlərinin ABŞ-ın zərbələri nəticəsində ciddi şəkildə zədələndiyini də açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki