image-2000x150px
image-123
image-ads_atlas
image-277538612_518908882937503_9007516908774712970_nbackend

İstanbul danışıqları: Moskva və Kiyev hansı qərarlar verəcək? – TƏHLİL

image-728x90px

Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün Türkiyənin İstanbul şəhərinə gəliblər, onlar Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə danışıqlar aparırlar.

Bu, Türkiyənin ikinci belə praktiki səyidir, bundan əvvəl də, Rusiya və Ukrayna XİN başçıları Antalyada bir araya gəlmişdilər, hərçənd ki, tərəflərin tezisləri bir-biri ilə daban-dabana ziddiyyət təşkil edirdi.

İstanbul görüşündə diqqət edəcəyimiz məqam ilklə bağlıdır: Söhbət ilk dəfə bir prezidentin vasitəsilə tərəflərin masaya əyləşməsidir.

Ərdoğan danışıq başlamamışdan qabaq çıxış edərək nümayəndə heyətlərinə səsləndi, atəşkəsin vacib olduğunu vurğuladı. Bu, nümayəndə heyətləri ilə yanaşı Rusiya və Ukrayna liderlərinə də ünvanlanan bir çağırışdır.

Danışıqlardan dərhal sonra nəticənin hasil olmasını gözləmək əbəsdir, çünki növbəti prosedur tərəflərin təklifləri öz prezidentlərinə təqdim etməsindən ibarət olacaq.

Rusiya Ukraynada işğal etdiyi ərazilərlə öz xeyrinə riyaziyyatdakı iti bucaq formasında bir üstünlük qazandırıb, amma Ukrayna ordusu da ciddi müqavimət göstərərək Rusiyanı ağır itkilərə məruz qoyur.

Hazırkı danışıqlar təcavüzün yaratdığı bu xəritə əsasında reallaşır, ona görə də, Ukraynanın Rusiyadan təhlükəsizlik zəmanəti alması dalana dirənir. Həm də ona görə ki, Rusiyanın təhlükəsizliyə dair anlayışı fərqlidir və hər an təhlükəyə çevrilmək potensialına malikdir.

Hiss olunur ki, Rusiya Ukraynanın dənizə çıxışını qapamaq istəyir, amma Odessada heç bir irəliləyiş əldə edə bilmir, yalnız Azovdan Ukraynanın əlini çəkə bilib.

Dəniz amili vacibdir, ona görə də Ukrayna dənizlərlə (Qara dəniz və Azov dənizi) əlaqədar da bağlı qapılar arxasında şərtlərini qoya bilər, Moskva isə o şərtləri asanlıqla həzmə verən addımlara getməz.

İstanbul danışıqlarından sonra tezislər prezidentlərə – Vladimir Putin və Volodimir Zelenskiyə çatana qədər və növbəti qərarlar verilənədək Ukraynada döyüşlər davam edəcək. Çünki tərəflər maksimum üstünlüklərlə danışıqların yeni raunduna hazırlaşır.

Hələlik isə görünür ki, Rusiya əvvəlki maksimalist tələblərini bir qədər yumşaldıb, Ukraynanın xeyrinə redaktələr etmək məcburiyyətində qalıb, bununla belə döyüş meydanındakı əməliyyatların nəticələri də həlledici rol oynayacaq.

Buna görə də, Rusiyanın Kiyevə yeni hücum planı masadadır, lakin dəqiqləşdirmə aparılır, risklər dəyərləndirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki