image-2000x150px
image-123
image-ads_atlas
image-bqcf5g9cuaaogj2backend

“İstənilən itini öldür, sənə bir funt verəcəm”

image-728x90px
1917-ci ildə ingilis generalı Stenli Mud İraqdakı işğalçı Britaniya ordusunun komandanı idi. O, bir gün gəzinti zamanı bir çobanla rastlaşdı. General çobana tərcüməçisi vasitəsilə “istənilən itini öldür, sənə bir funt verəcəm” dedi. İtlərin çoban üçün necə vacib olduğunu, sürünün qorunmasında oynadığı rolu deməyə ehtiyac yoxdur. Amma generalın da təklif etdiyi məbləğə çoban sürüdəki qoyunun yarısı qədər qoyun ala bilərdi. Çoban qoyunlardan birini generala qurban kəsmək istəsə də, Stenli bundan imtina edir və itini öldürməsini bildirir. Çoban çox düşünmədən razılaşır. General isə daha bir funt verərək itin dərisini üz deyir, çoban buna da razılaşır. Sonra isə Mud çobanın itin ətini doğrayacağı təqdirdə 1 funt da verəcəyini bildirir. Çoban deyilənləri yerinə yetirir. General 3 funtu çobana verir və getmək istəyəndə çoban “bir funt da versən, bu əti yeyərəm” deyir. General isə gülümsəyərək:
“Sənin təbiətini bilmək istəyirdim. Anladım ki, arzularının qulusan. 3 funta görə ən yaxın, sadiq dostunu öldürdün, dərisini üzdün və tikə-tikə doğradın. Sən hətta bir funta görə onu yeməyə də hazırsan. Mən sən barədə lazım olan məlumatı əldə etdim”.
Əsgərlərinə müraciət edən general deyir:
“Burada belələri çox olduqca, siz heç nədən qorxmayın”.
Müəllif: Hikmət Həsənov
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki