image-ads_n1karobka_mobile
image-66d87ac202e8bd73a5288332backend

İsveçin xarici işlər naziri Billström gələn həftə istefa verəcəyini bildirib

İsveçin xarici işlər naziri Tobias Billström gələn həftə istefa verəcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Bəyanatda deyilir: “Bu gün baş nazirə təəssüf və qürur hissi ilə bildirdim ki, parlamentin çərşənbə axşamı açılışı zamanı mən xarici işlər naziri vəzifəmi tərk edəcəyəm”.

O əlavə edib ki, siyasətdən tamamilə getməyə hazırlaşır və parlamentdəki yerini də tərk edir.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa məktubu yazıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki