image-n1karobka_ads
image-123
image-6956785e02e8bd08f852ea87backend

İsveçrədə barda yanğının səbəbi açıqlanıb – çoxsaylı ölən və yaralananlar var

image-ad_qayo_720x110px

İsveçrənin Krans-Montana kurort şəhərində yerləşən “Le Constellation” barında baş verən yanğının səbəbi məlum olub.

Doğru.az xəbər verir ki, İtaliyanın Berndəki səfiri Canlorenzo Kornadonun sözlərinə görə, hadisə asma tavana fişəng atılması və onun alovlanması nəticəsində baş verib. Bu barədə TASS məlumat yayıb.

Diplomat bildirib ki, yanğın zamanı bir çox şəxsin ağır yanıq xəsarətləri alması səbəbindən həlak olanların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Yanğın qurbanlarının əksəriyyətinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisə Yeni il gecəsi Krans-Montana şəhərindəki məşhur barlardan birində qeydə alınıb. “Le Nouvelliste” qəzetinin məlumatına görə, yanğın nəticəsində təxminən 40 nəfər ölüb, 100-ə yaxın şəxs yaralanıb. İlkin məlumata əsasən, zərərçəkənlər arasında Rusiya vətəndaşları yoxdur.

İsveçrə polisi isə hadisənin terror aktı ilə əlaqəli olmadığını açıqlayıb. Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki