image-ads_n1karobka_mobile
image-66e5ab5102e8bd5c2571c2a1backend

İvanişvili: Gürcüstan Saakaşvilinin açdığı 2008-ci il müharibəsinə görə üzr istəyəcək

Oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən sonra Gürcüstan hakimiyyəti 2008-ci ilin avqustunda respublikanın keçmiş prezidenti Mixail Saakaşvilinin açdığı müharibəyə görə üzr istəyəcək.

Bu bəyanatla hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili çıxış edib.

“Oktyabrın 26-da seçkilər başa çatdıqdan sonra, müharibənin təhrikçiləri mühakimə olunduqdan və gürcü-osetin dostluğunun məhv edilməsində günahkar olanların hamısına ən sərt hüquqi cavab verildikdə, biz mütləq üzr istəməyə güc tapacağıq”.

Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi şurası bəyan etmişdi ki, Saakaşvili müharibəyə kənardan gələn sifarişlə başlayıb.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki