Qazaxıstanlı tanınmış reper Jah Khalib son layihəsində azərbaycanlı musiqisevərlərə yaxşı tanış olan bir mahnıdan ilham alıb.
Doğru.az xəbər verir ki, reperin “Бакинка” adlanan yeni mahnısının giriş hissəsində Xalq artisti Eyyub Yaqubovun 1999-cu ildə təqdim etdiyi məşhur “Bakinka” mahnısından qısa bir hissə yer alıb.
Layihə artıq reperin rəsmi “YouTube” kanalında yayımlanıb və dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Bakinka” Eyyub Yaqubovun repertuarında ən çox sevilən və tanınan mahnılardan biridir. Mahnının musiqisi Aleksandr Rodinə, sözləri isə Leonid Tabolskiyə məxsusdur.
DOĞRU.AZ