Respublika sakinlərinin 79%-i Emmanuel Makronun Fransa prezidenti kimi fəaliyyətini bəyənmir.
Bu barədə “Le Journal du Dimanche” qəzeti Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Materialda qeyd olunur ki, respondentlərin yalnız 21%-i Fransanın hazırkı prezidentinin siyasətini bəyənir.
Daha əvvəl jurnalist və geosiyasi analitik Pepe Eskobar demişdi ki, fransızların əksəriyyəti Makronun istefasını istəyir.
DOĞRU.AZ