“Jirona” komandası İspaniya La Liqasının XXIV turunda “Real Madrid”lə mərkəzi oyuna baş məşqçisiz çıxacaq.
Məlumata görə, buna səbəb adıçəkilən klubun məşqçisi Miçel Anxelin cəzalandırılması olub.
“Real Sosyedad”la XXIII turun matçının (0:0) son dəqiqələrində qeyri-idman hərəkətinə görə texniki zonadan qovulan 48 yaşlı mütəxəssis ikioyunluq diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, “Real Madrid” – “Jirona” oyunu fevralın 10-da keçiriləcək. Hazırda “Kral klubu” 58 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar liderdən iki xal geri qalırlar.
Mənbə: football24.ua