image-n1karobka_ads
image-123
image-1750495244339364418_1200x630backend

Jurnalist müsabiqəsinin müddəti uzadıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli mətbuatın 150 illik yubileyi münasibətilə jurnalistlər arasında martın 19-da elan etdiyi müsabiqənin vaxtı uzadılıb.

Dövlət Komitəsindən Doğru.az-a bildirilib ki, müsabiqə iyulun 4-dək davam edəcək.

Xatırladaq ki, müsabiqə iki nominasiya üzrə keçirilir:

• “Ailə mövzularının işıqlandırılması üzrə ən yaxşı yazı”

• “Uğurlu qadınlar haqqında ən yaxşı süjet”

Hər nominasiya üzrə 3 qalib müəyyən olunacaq. Qaliblər diplom və hədiyyələrlə, o cümlədən noutbuklarla mükafatlandırılacaqlar.

Müsabiqəyə televiziya, qəzet, jurnal, informasiya agentlikləri və onlayn mediada 2025-ci il 19 mart – 4 iyul tarixləri arasında yayımlanmış Azərbaycan və ya rus dillərində materiallar qəbul olunur. Yazıların həcmi 2 000-10 000 işarə arasında olmalı, “Arial” şriftinin 12 ölçüsü ilə MS Word sənədi şəklində (çap materialıdırsa, PDF formatında) təqdim edilməlidir. Video süjetlərin müddəti 1-5 dəqiqə arası olmalı və link formasında göndərilməlidir.

Yayımlanan yazı və ya video materialın linkini əlavə edərək, informasiya.aqupdk@family.gov.az ünvanına göndərmək xahiş olunur.

Materiallarla birlikdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

• Namizədin adı və soyadı

• İşlədiyi media qurumu

• Əlaqə nömrəsi

Hər iştirakçı ən azı 3 material təqdim etməlidir. Müsabiqəyə təqdim edilən işlərdən 6 ən uğurlu material Müsabiqə Komitəsi tərəfindən qiymətləndiriləcək və nəticələr Milli Mətbuat Gününün 150 illiyinə həsr olunmuş tədbirdə elan ediləcək.

Qiymətləndirmə zamanı aşağıdakı meyarlara üstünlük veriləcək:

• Mövzunun dolğun əhatə olunması

• İfadə vasitələrinin zənginliyi

• Cəmiyyətə nümunəvi, pozitiv mesajların ötürülməsi

• Mövzuya fərqli yanaşma

• Beynəlxalq və yerli statistik məlumatların istifadəsi

Əlavə məlumat üçün əlaqə:

Telefon: (+99412) 498 80 93

Mobil: (+99451) 230 45 76

E-mail: informasiya.aqupdk@family.gov.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki