image-ads_n1karobka_mobile
Kafe sahibi və müştəriləri Polis Bölməsinə gətirildibackend

Kafe sahibi və müştəriləri Polis Bölməsinə gətirildi

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Doğru.az-a verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki