ABŞ-ın Kaliforniya ştatında baş verən güclü fırtına nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.
Doğru.az xəbər verir ki, bu barədə “Los Angeles Times” San Dieqo polisinin məlumatına istinadən xəbər yayıb.
Hesabatda bildirilir ki, San Dieqo sakini çərşənbə günü səhər ağacın yıxılması nəticəsində həyatını itirib. Üçüncü ölüm hadisəsi isə Cənubi Kaliforniyada bayram fırtınası ilə bağlı qeydə alınıb.
Qubernator Qevin Nyusom bir neçə dairədə fövqəladə vəziyyət elan edib.
Qeyd olunur ki, bundan əvvəl Kaliforniyanın şimalındakı Reddinq sakini də şiddətli daşqın nəticəsində ölüb; kişi su ilə dolu maşınından çıxa bilməyib.
DOĞRU.AZ




























