image-n1karobka_ads
image-123
image-685909bfae5ac9051d577046backend

Kallas Aİ-nin İrana qarşı sanksiyalarını istisna etməyib

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Tehranın nüvə proqramının bərpasının qarşısını almaq üçün Aİ-nin İrana qarşı sanksiyalar tətbiq edəcəyini istisna etməyib.

O, bu barədə Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.

“JCPOA İranın öhdəliklərini ehtiva edir və həmçinin ölkənin nüvə proqramı ilə bağlı vəziyyət yaxşılaşmazsa, sanksiyaların yenidən tətbiqinə imkan verən mexanizm təqdim edir”, – TASS Kallasdan sitat gətirir.

Bundan əvvəl İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib ki, ölkə xarici təzyiqlərə baxmayaraq, dinc məqsədlər üçün uranı zənginləşdirməyə davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki