ABŞ dövlət katibi Marko Rubio Kamboca və Tailand arasında atəşkəslə bağlı yüksək səviyyəli danışıqların yaxın günlərdə Malayziyada keçiriləcəyini açıqlayıb.
Doğru.az xəbər verir ki, Rubio bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, tərəflər yaxın zamanda atəşkəs əldə etmək ümidi ilə Malayziyada bir araya gələcək.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin rəsmiləri artıq danışıqları asanlaşdırmaq məqsədilə Malayziyaya ezam olunub.
Qeyd edək ki, bundan əvvəl Kambocanın baş naziri Hun Manet ABŞ prezidenti Donald Trampın Tailandla atəşkəs təşəbbüsünü dəstəklədiyini bildirmişdi.
“Bernama” agentliyi isə məlumat verib ki, Kamboca və Tailand liderləri iyulun 28-də Malayziyaya səfər edərək danışıqlara başlayacaqlar.
DOĞRU.AZ