Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 21-də Ankarada Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğunda olub.
Doğru.az xəbər verir ki, Kamran Əliyev burada Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşüb. Müzakirələrdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və hər iki ölkənin prokurorluq əməkdaşları iştirak ediblər.
Görüşdə hüquq-mühafizə və məhkəmə orqanları arasında əməkdaşlıq, kadr hazırlığı və təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Kamran Əliyev bildirib ki, Azərbaycan-Türkiyə arasında əlaqələrin daha da dərinləşməsi üçün səylər davam etdiriləcək.
Muhsin Şentürk isə qeyd edib ki, “Bir millət, iki dövlət” prinsipi əsasında əməkdaşlıq daim möhkəmlənir və geosiyasi vəziyyət bu əlaqələrin gücləndirilməsini zəruri edir.
DOĞRU.AZ