image-ads_n1karobka_mobile
Karantində işləyən gözəllik salonu aşkarlanıbbackend

Karantində işləyən gözəllik salonu aşkarlanıb

Xaçmazda karantin qaydalarını pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlanıb.

Doğru.az DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupuna istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydaları pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan dörd işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki