image-n1karobka_ads
image-123
image-1720595241526942578_1200x630backend

Kəlbəcərə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar

Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Doğru.az-a verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R.Məmmədov və Gəncə şəhər sakini Z.Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki