image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210829_135729_392backend

Kərimova finalda, İlham Zəkiyev bürünc medal uğrunda mübarizədə

image-728x90px

Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Doğru.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova isə (70 kq) Braziliya təmsilçisi Meg Emmerikə (Braziliya) qalib gələrək finala yüksəlib.

Bu gün yarışa qoşulan paracüdoçulardan Kənan Abdullaxanlı (100 kq) mübarizəni erkən dayandırıb. İlham Zəkiyev (+100 kq) isə təsəlliverici görüşdə yamaykalı Teador Subba ilə üz-üzə gələcək

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki