Baş məşqçisi Yunis Hüseynovla yollarını ayıran “Keşlə”nin bu posta namizədlərindən biri bəlli olub.
Doğru.az xəbər verir ki, son vaxtlar tez-tez çalışdırıcısını dəyişən paytaxt təmsilçisi əsasən yerli məşqçilərin namizədliyini nəzərdən keçirir.
Bu da koronavirus pandemiyası üzündən legioner mütəxəssis dəvət etməyin nisbətən çətin olması, həmçinin klubun büdcəsi ilə bağlıdır. Bakılılar üçün əsas namizəd isə Füzuli Məmmədov hesab olunur.

























