Sərhədçi İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında şəhid Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və Roma güləşi üzrə 18-ci beynəlxalq turnir başa çatdı.
Doğru.az xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və Özbəkistan idmançıları mübarizə aparıb. Yarışın son günündə qaliblər müəyyənləşib.
Şəhid Müşfiq İsayevin xatirəsinə həsr olunmuş turnirdə 2020-ci il 55 kq çəki dərəcəsində, dəfələrlə beynəlxalq turnirlərin qalibi, Avropa çempionu kiçik yaşlı yeniyetməmiz Riyad Aslanov turnirin qalibi elan edilib.
Çəki dərəcələri üzrə I, II, III yerlərin qalibləri diplom, medal və pul mükafatı ilə təltib ediliblər.
Günel Kamal qızı
Doğru.az






























