image-n1karobka_ads
image-123
image-1694581792backend

Kim Çen In-dan Putin və rus xalqına başsağlığı

image-ad_qayo_720x110px

Şimali Koreya lideri Kim Çen In Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya Prezidenti Vladimir Putinə, rus xalqına və həlak olanların ailələrinə başsağlığı verib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Kim Çen In teleqramında qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası xalqı “qardaş rus xalqı ilə bu ağır anda dərdini və kədərini bölüşür”.

“Səmimi olaraq arzulayıram ki, Sizin rəhbərliyiniz altında Rusiya hökuməti və xalqı bu itkinin ağrısını dəf etsin”, – deyə teleqramda vurğulanır.

Xatırladaq ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarına başsağlığı vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki