image-n1karobka_ads
image-123
image-681b3aafae5ac974f7516eebbackend

Kobaxidze “Gürcü Arzusu” partiyasının yeni sədri seçilib

Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu” partiyasının yeni sədri seçilib.

Bu barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze siyasi qüvvənin qurultayında səsvermənin nəticələrinə görə məlumat verib.

“Siyasi şuranın qərarı ilə cənab İrakli yekdilliklə “Gürcü Arzusu”nun sədri seçildi”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

“Gürcü Arzusu”nun əvvəlki sədri İrakli Qaribaşvili aprelin sonunda siyasətdən getdiyini bəyan edib.

Kobaxidze daha əvvəl bəyan etmişdi ki, “Gürcü arzusu” qarşıdan gələn yerli hakimiyyət seçkilərində inamlı qələbə qazanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki