image-2000x150px
image-123
image-ads_atlas
Komanda şəklində hücum etməliyikbackend

Komanda şəklində hücum etməliyik

image-728x90px

“Komandamı təbrik edirəm. Yaxşı oynadıq. Digər tərəfdən rəqibə çox qol şansı verdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək 1 oyunumuz qalıb. Ondan sonra bir qədər dincələ bilərik”.

Doğru.az“ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov evdə “Keşlə”ni 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bugünkü oyuna görə sağ cinah müdafiəçisi Ömər Buludova müəyyən tapşırıqlar verib: “Əvvəl də dediyim kimi bizdə hücumçunun irəlidə durması vacib deyil. Komanda şəklində hücum etməliyik”.

Abasov “Neftçi”yə transferi gündəmdə olan yaponiyalı ulduz futbolçu Keysuke Honda barədə də danışıb: “Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilər. Honda müxtəlif mövqelərdə oynaya bilir. 90 faiz razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki