image-2000x150px
image-conferenceleaguebackend

Konfrans Liqası: “Vest Hem” 1/8 finala çıxdı, “Sivasspor” geridönüş etdi

image-728x90px

UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

B qrupunda İngiltərə “Vest Hem”i Belçika “Anderlext”ini yenərək adını növbəti raunda yazdırıb – 2:1.

G qrupunda isə Türkiyə təmsilçisi “Sivasspor” Kosovoda “Balkani”nin qonağı olub. Görüşdə hesabı ev sahibləri açsalar da, sona 10 dəqiqə qalmış sivaslılar geridönüş edərək 2 qol vurub və qarşılaşmadan qalib ayrılıblar – 1:2.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, III tur

13 oktyabr

B qrupu

“Styaua” (Rumıniya) – “Silkeborq” (Danimarka) 0:5

“Vest Hem” (İngiltərə) – “Anderlext” (Belçika) 2:1

C qrupu

“Hapoel” (Ber-Şeva, İsrail) – “Lex” (Polşa) 1:1

D qrupu

“Nitsa” (Fransa) – “Slovaçko” (Çexiya) 1:2

E qrupu

“Vaduts” (Lixtenşteyn) – “Dnepr-1” (Ukrayna) 1:2

F qrupu

“Şemrok Rovers” (İrlandiya) – “Molde” (Norveç) 0:2

G qrupu

“Balkani” (Kosovo) – “Sivasspor” (Türkiyə) 1:2

H qrupu

“Jalgiris” (Litva) – “Pünik” (Ermənistan) 2:1

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki