“Kontakt” mağazalar şəbəkəsi müştərilərinə heç yerə getmədən, cəmi 2 dəqiqəyə kredit almaq imkanı yaradıb.
Doğru.az xəbər verir ki, bu yenilik “Kontakt”ın “SİMA” rəqəmsal imza ilə birgə həyata keçirdiyi texnoloji əməkdaşlıq nəticəsində mümkün olub. Yeni sistem sayəsində kreditlə məhsul alma prosesi tamamilə onlayn həyata keçirilir və əlavə sənəd təqdim etməyə ehtiyac qalmır.
Müştəri sadəcə bir neçə dəqiqə ərzində kredit müraciəti edə, verifikasiya prosesini keçə və müqaviləni “SİMA” rəqəmsal imza ilə təsdiqləyə bilir. Bununla yanaşı, istifadəçilər şəxsi kabinet vasitəsilə alış-veriş tarixçəsi, kredit limiti və fərdi təkliflərlə tanış ola bilirlər.
Ən önəmlisi isə budur ki, bütün sənədlər rəqəmsal formada arxivlənir və istənilən vaxt asanlıqla əldə edilə bilər.
Bu innovativ xidmət artıq aktivdir və yaxın gələcəkdə “Kontakt App” mobil tətbiqində də əlçatan olacaq. Bir neçə toxunuşla saniyələr içində kreditlə məhsul almaq artıq reallığa çevrilib.
DOĞRU.AZ