image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-e4ec91e2-6e88-3fca-b647-2bffc1f3574a_850backend

Kreml: Rusiyada da “Telegram”la bağlı suallar var idi, amma Durovu həbs etmirdik

image-728x90px

Rusiya hökumətinin “Telegram” messenceri ilə bağlı sualları olub, lakin heç kim onun təsisçisi Pavel Durovu həbs etməyib.

Doğru.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, suallar var idi. Amma heç kim onu burada həbs etməyib”, – Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Jurnalist müsahibədən bir parçanı teleqram kanalında yerləşdirib.

“Bəli, həqiqətən terrorçular teleqramdan istifadə edir, amma terrorçular avtomobillərdən də istifadə edirlər. Bəs niyə onda “Renault” və “Citroen” şirkətlərinin baş direktorları həbs olunmur?!”, – Kreml nümayəndəsi söyləyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki