image-n1karobka_ads
image-123
image-shutterstock_2110567223-pic_32ratio_900x600-900x600-50969backend

Krımda fırtına xəbərdarlığı edilib

image-ad_qayo_720x110px

İyunun 19-da Krımda tufan xəbərdarlığı elan edilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, iyunun 19-da Krımda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin sürətinin 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Nazirlik Qara dəniz, Azov dənizi və Kerç boğazının sularında qəzaların baş vermə ehtimalının olduğunu vurğulayıb. İnsanların sahil zonasında, eləcə də estakadalarda və sahil mühafizə strukturlarında olmaları tövsiyə edilmir.

Qeyd olunur ki, yarımadada nəqliyyat əlaqələrinin pozulması ehtimalı var. Yollarda qəzaların sayının artması riski də var.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki