image-n1karobka_ads
image-123
image-img-20251207-wa0084backend

Kupon Booking “Dedublüman”ı Bakıya gətirir: Rok sevərlərə unudulmaz gecə

image-ad_qayo_720x110px

Türkiyənin məşhur alternativ rok qrupu “Dedublüman” Bakıda konsert proqramı ilə çıxış edəcək.

Doğru.az xəbər verir ki, konsert Kupon Booking şirkətinin təşkilatçılığı ilə 26 dekabr tarixində Hayal Kahvesi Bakı səhnəsində baş tutacaq.

Alternativ rok janrında özünəməxsus melodiyaları, duyğusal sözləri və dinamik səhnə performansları ilə tanınan “Dedublüman” son illərdə Türkiyədə geniş auditoriya toplayıb. “Belki”, “Sen Bilmezsin”, “Sana Güvenmiyorum”, “Günah Benim Neydim?” kimi milyonlarla dinlənən hitləri qrupun həm Türkiyədə, həm də Azərbaycanda populyarlığını artırıb.

Qrupun canlı səhnə enerjisi, emosional vokalları və rok baladları musiqisevərlərə həm romantik, həm də həyəcan dolu anlar yaşatmağı vəd edir. Bakıdakı pərəstişkarları “Dedublüman”la musiqi dolu gecəni səbirsizliklə gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki