image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-10t094202-780backend

Kürdəmirdə iki il əvvəl törədilən oğurluğun üstü açılıb

image-728x90px

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayonun Bağman kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən dörd baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Ağsu rayonu Abasxanlı kənd sakinləri Müşfiq Quliyev və Nail Qənbərov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların iki il əvvəl törətdikləri daha iki oğurluq hadisəsinin üstü də açılıb. Belə ki, 2021-ci ilin iyul və noyabr aylarında M.Quliyev və N.Qənbərov həmkəndliləri Nazim İsmayılovla birlikdə qabaqcadan əlbir olaraq rayonun Bağman və Böyük Kəngərli kəndləri ərazisində yerləşən iki təsərrüfatdan ümumilikdə 10 xırdabuynuzlu heyvan oğurlayıblar. Həmin heyvanları dəstə üzvləri dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki