image-n1karobka_ads
image-123
image-686bc99e02e8bd46196b25adbackend

Kurenkov Bakıya səfər edib

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) iclasında iştirak etmək üçün Bakıya gəlib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Rusiya FHN-in mətbuat xidməti yayıb. Bildirilib ki, Kurenkov Bakıda ICDO-nun İcraiyyə Şurasının və Baş Assambleyasının iclasları çərçivəsində bir sıra xarici ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, iclas zamanı təşkilatın baş katibi vəzifəsinə seçkilər də keçiriləcək.

Xatırladaq ki, iyun ayında Kurenkov işgüzar səfərlə Malayziyada olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki