image-2000x150px
image-123
image-ads_atlas
image-40265_qy0znh4o61backend

Laçın-Kəlbəcər yolundan ən son – FOTO/VİDEO

image-728x90px

Hazırda Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində tunellərin inşası davam etdirilir.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir.

Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellərdə hərəkət hissəsi 11.6 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 13 300 metr təşkil edəcək.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci və ikinci texniki dərəcələrə uyğun olaraq inşa edilir.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir.

DOĞRU.AZ

image-40265_qy0znh4o61

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki