image-n1karobka_ads
image-123
image-neft_newbackend

Laos Rusiyadan neftə endirim istəyib

Laos hakimiyyəti Rusiyadan neftin güzəştli qiymətlərlə satılması imkanlarını nəzərdən keçirməyi xahiş edib. 

Qeyd olunur ki, Asiya ölkəsinin nümayəndələri iki ölkənin neft şirkətləri arasında aparılan əməliyyatlarda yanacağa “güzəştli qiymətlər”in nəzərə alınmasını təklif ediblər. Bunun üçün Rusiya və Laos arasında ikitərəfli saziş bağlanmalıdır.

Bundan əlavə, Laos Rusiya Federasiyasından kimyəvi fövqəladə hallara cavab vermək üçün dəstək göstərməyi xahiş etdi. Tərəflər həmçinin nüvə enerjisi sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Bundan əvvəl Rusiya Maliyyə Nazirliyi 2023-cü ilin yanvar-noyabr aylarında Urals neftinin orta qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə 15 dollar azaldığını bildirmişdi.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki