image-n1karobka_ads
image-123
image-meetings-of-the-ministers-of-foreign-affairs-at-nato-headquarters-brussels-russian-minister-of-foreign-affairs-sergey-lavrovbackend

Lavrov: NATO SSRİ dağılandan sonra buraxılmalı idi

image-ad_qayo_720x110px

Sovet İttifaqı və Varşava Müqaviləsi dağılandan sonra NATO dağılmalı idi. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda deyib.

“NATO SSRİ və Varşava Müqaviləsi fəaliyyətini dayandırdıqdan sonra ləğv edilməli idi”, o qeyd edib.

Bir vaxtlar Sovet İttifaqı və Rusiya NATO-nun şərqə doğru genişlənməmək vədlərini sənədlərdə rəsmiləşdirmirdilər, çünki Rusiya tarixində şifahi razılaşmalar bağlamaq və onların sözünü qəbul etmək ənənəsi var idi.

Lavrov Ukrayna münaqişəsindən də danışıb. Onun sözlərinə görə, Amerika lideri Donald Tramp böhranın mahiyyətini Aİ-yə üzv ölkələrin liderlərindən daha yaxşı başa düşür.

Bundan əvvəl amerikalı sahibkar İlon Mask amerikalı iş adamı Devid Saksın 1991-ci ildə SSRİ-nin dağılmasından sonra NATO-nun ləğv edilməli olduğu fikri ilə razılaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki