Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-də yayımlanan “Şərqə körpülər” proqramına müsahibəsində deyib ki, SSRİ 1944-cü ildən Suriyaya yardım edir və bir vaxtlar Suriya sənaye bazasının qurulmasında ölkəyə əhəmiyyətli köməklik edib.
“Suriyada praktiki olaraq sıfırdan sənaye bazası yaradılıb. Sovet İttifaqı tərəfindən 80-ə yaxın müəssisə tikilib, 2 min km-dən çox dəmir yolu, 4 min km-ə yaxın elektrik xətti çəkilib”.
Rusiyalı nazir qeyd edib ki, Suriyanın inkişafına eyni dərəcədə mühüm töhfə Sovet İttifaqı tərəfindən kadr hazırlığı olub.
“On minlərlə suriyalı Sovet İttifaqında təhsil alıb və Rusiya Federasiyasında təhsil almağa davam edir və təbii ki, onlar milli sənaye, təhsil və elm elitasının özəyini təşkil edirlər”, o əlavə edib.
Onun sözlərinə görə, Rusiya tərəfi 2011-ci ildə İraq və Liviyadan sonra ABŞ-ın Suriya dövlətçiliyini məhv etməyə başladığı indiki vəziyyətdən çıxmaq üçün Suriya xalqını dəstəkləməkdə davam edir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
Mənbə RT rusca