image-n1karobka_ads
image-123
image-6875f167e174a6875f167e174b17525599756875f167e17486875f167e1749backend

Lavrov və Si Cinpin Putinin Çinə səfərinə hazırlığı müzakirə ediblər

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinin Çinə gözlənilən səfəri ilə bağlı hazırlıq məsələlərini müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər həmçinin militarist Yaponiya üzərində qələbənin 80-ci ildönümünə dair tədbirləri və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakla bağlı detalları da nəzərdən keçiriblər.

Qeyd olunur ki, Si Cinpin Putinin səfərini alqışlayıb və onunla “çoxdankı və yaxşı dostluq əlaqələri” olduğunu vurğulayıb.

Xatırladaq ki, Sergey Lavrov iyulun 13-də Çinə səfər edib və Çin xarici işlər naziri Van Yi ilə ABŞ-la münasibətlər və Ukrayna böhranının həlli məsələlərini də müzakirə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki