Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində danışıqlara başlayıb, RİA Novosti xəbər verir.
Görüş başlamazdan əvvəl nazirlər əl sıxıb , daha sonra danışıqlar bağlı qapılar arxasında davam edib.
Lavrov dünən axşam saatlarında Antalyaya gəlib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Türkiyə Rusiya ilə əlaqələrin daha da və hərtərəfli inkişafına sadiqdir.
DOĞRU.AZ