image-n1karobka_ads
image-123
image-17234440333795556250_1200x630backend

Lənkəranda mütəşəkkil cinayətkar dəstənin əvvəllər məhkum olmuş üzvü saxlanılıb – FOTO

image-ad_qayo_720x110px

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü – əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.

K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıqla ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-1723444033897329858_1200x630 image-17234440334993313309_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki