image-2000x150px
image-123
image-ads_atlas
image-17179162681151741130_1200x630backend

Lerikdə atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb – FOTO

image-728x90px

Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə Lerikdə “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücülərlə izahat işi aparılıb və bir daha diqqətə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

DOĞRU.AZ

image-17179162682807136746_1200x630 image-17179162681886860394_1200x630 image-1717916268285833758_1200x630 image-17179162683148413985_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki