image-ads_n1karobka_mobile
image-8747697fe406b2342353cdd48ed54f20backend

Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

image-add-a-heading

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki