image-n1karobka_ads
image-123
image-17028343543780245151_1200x630backend

Lerikdə qaz balonu partlayıb, xəsarət alanlar var

Lerikdə yaşayış evində maye qaz balonunun partlaması nəticəsində ər-arvad ağır bədən xəsarətləri alıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-1702834354500196003_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki