image-2000x150px
image-ab6efe2d-4f93-390c-aa6e-b8559704de83_850backend

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

image-728x90px

İspaniyanın “Barselona” klubunun futbolçusu Robert Levandovski İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Kriştianu Ronaldunun nailiyyətini geridə qoyub.

34 yaşlı hücumçu buna “Kadis”i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda müvəffəq olub.

Polşalı forvard yerli çempionatdakı ilk 5 matçında 6 dəfə fərqlənib. Ronaldu 2009-cu ildə “Real Madrid”də oynadığı dönəmdə La Liqadakı ilk 5 görüşdə 5 qola imza atıb.

Qeyd edək ki, Robert Levandovski iyulda Almaniya “Bavariya”sından Kataloniya təmsilçisinə keçib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki