Doğru.az xəbər verir ki, tanınmış müğənni Leyla Nur sosial şəbəkədəki aktivliyi ilə diqqət çəkməyə davam edir. Sənətçi bu dəfə Instagram səhifəsində paylaşdığı yeni fotolarla izləyicilərini sevindirib. Şəkillərə “Gözəlliklər bizimlə olsun” qeydi əlavə edən ifaçı, izləyicilərinə həm pozitiv enerji ötürüb, həm də zərif zövqünü nümayiş etdirib.
Leyla Nurun hər paylaşımı sosial mediada geniş maraq doğurur. İstər səhnə performansı, istərsə də gündəlik həyatdan paylaşdığı görüntülərlə müğənni öz dəst-xəttini qoruyur və sevənləri ilə sıx təmasda qalır.
Sənətçinin bu paylaşımı da izləyicilər tərəfindən xoş qarşılanıb və çox sayda bəyənmə toplayıb. Onun sadəliyi və səmimiyyəti, eyni zamanda gözəlliyi ilə harmoniyada olan tərzi Leyla Nuru daha da sevilən simalardan birinə çevirir.
Gözəlliklər həqiqətən də onunladır…
DOĞRU.AZ