image-n1karobka_ads
image-123
image-6683914e02e8bd134400730bbackend

Lider müşaviri: İsrailin işğalı halında İran Hizbullahı dəstəkləyəcək

image-ad_qayo_720x110px

İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri və ölkənin beynəlxalq əlaqələr üzrə strateji şurasının rəhbəri Kamal Xarazi bildirib ki, İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, respublika Hizbullah hərəkatını dəstəkləyəcək.

Bu barədə Financial Times yazır.

“Belə bir vəziyyətdə bizim Hizbullahı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz qalmayacaq” deyə o, İranın genişmiqyaslı qarşıdurma halında hərəkata hərbi dəstək verib-verməyəcəyi sualına cavab verib.

Xarazi əlavə edib ki, bu halda bütün Livan xalqı, ərəb ölkələri və müqavimət oxu “İsrailə qarşı Livanı dəstəkləyəcək”.

Bundan əvvəl Hizbullah döyüşçüləri Yuxarı Qalileydə beş yaşayış məntəqəsində İsrail ordusunun mövqelərinə hücum edib.

Bild qəzetinin mənbələrə istinadən yazdığı kimi, İsrail iyulun ikinci yarısında Livanın cənubunda Hizbullaha qarşı hərbi əməliyyata başlaya bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki