image-ads_n1karobka_mobile
image-66c796caae5ac965c127f1c6backend

Livandan İsrailin şimalını atəşə tutan zaman evlərə və futbol meydançasına ziyan dəyib

Hizbullah yaraqlıları İsrailin şimalında Zarit və Metula şəhərləri də daxil olmaqla bir sıra əraziləri raket və mərmilərlə atəşə tutub.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Mərmilər “Zarit və Metula kimi məskunlaşan əraziləri vurdu” və nəticədə “evlər və futbol meydançası da daxil olmaqla mülki infrastruktura ziyan vuruldu”.

Bundan əvvəl məlum olmuşdu ki, Yəməndəki Ənsar Allah hərəkatının döyüşçüləri Qəzza zolağında döyüşlər başlayandan İsraillə əlaqəsi olan 182 dəniz gəmisinə hücum ediblər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki