image-ads_n1karobka_mobile
image-670f8014ae5ac9570d440d98backend

Livanın Nəbatiyyə şəhərinin başçısı İsrailin bombardmanı nəticəsində ölüb

İsrailin Livanın cənubunda təşkil etdiyi hava hücumu nəticəsində Nəbatiyyə şəhərinin meri və daha 6 nəfər həlak olub.

Regional Rusiya Mədəniyyəti Evinin direktoru Asaad Diyanın TASS-a telefonla verdiyi məlumata görə, zərbə humanitar yardımların toplanması məntəqəsinə aparılıb.

“Şəhərin meri Əhməd Xeyl və humanitar yardımın toplandığı meriya binasında olan altı işçi həlak olub”, – həmsöhbət qeyd edib.

Bundan əvvəl İsrailin Livanın şərqindəki Riyaq qəsəbəsinə endirdiyi zərbə nəticəsində 5 nəfərin öldüyü bildirilmişdi.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki