image-n1karobka_ads
image-123
image-17175113312561919566_1200x630backend

Liviya səfiri: İşğaldan azad edilən ərazilərdəki genişmiqyaslı işləri heyranlıqla izləyirəm

image-ad_qayo_720x110px

İyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Liviyanın Azərbaycandakı səfiri Ali Salem Naserlə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini, xoş arzularını Liviyanın rəhbərliyinə və xalqına yetirməyi səfirdən xahiş edib. Müqəddəs bayramın bütün müsəlman aləminə sülh, əmin-amanlıq və rifah gətirməsi üçün dualar etdiyini diqqətə çatdırıb.

İki dost ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən QMİ sədri Azərbaycanla Liviyanın beynəlxalq müstəvidə bir çox məsələlərə münasibətdə eyni mövqedən çıxış etdiyini və bu münasibətlərin möhkəm dayaqlara əsaslandığının göstəricisi olduğunu diqqətə çatdırıb. O, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycanda həyata keçirilən böyük layihələr, bərpa olunan dini və mədəniyyət abidələri barədə səfirə ətraflı məlumat verib.

Şeyxülislam bildirib ki, COP29-a ev sahibliyi Azərbaycanda mövcud davamlı sabitliyin, dayanıqlı iqtisadi inkişafın daha bir mühüm nümayişi olacaq.

Liviyanın Azərbaycandakı səfiri Ali Salem Naser ölkəmizdə çalışmaqdan və xalqımızın qazandığı uğurları görməkdən məmnunluq duyduğunu bildirib. Səfir Şuşaya və işğaldan azad olunan digər ərazilərə səfərləri zamanı həyata keçirilən genişmiqyaslı işləri heyranlıqla izlədiyini qeyd edib.

Diplomat ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da möhkəmlənməsi üçün səy göstərdiyini, müxtəlif, o cümlədən dini sahədə əlaqələrin güclənməsinə töhfə vermək istəyində olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkdirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki